İdman
Fərman Həsənov: "Hazırlıqlar əla gedir, hazırda ABŞ-dəyəm"
"Hazırlıqlar əla gedir. Hazırda ABŞ-dəyəm". Oxu.Az xəbər verir ki, bunu Milli Gimnastika Arenasında baş tutacaq "UFC Fight Night" gecəsində Erik Nolanla qarşılaşacaq həmyerlimiz Fərman Həsənov deyib. O bildirib ki, döyüşə üç həftə qalmış hazırlıqları Bakıda davam etdirməyi planlaşdırır: "UFC-dən təklif aldıqda çox sevindim. Mən artıq mart ayının sonundan etibarən ABŞ-də hazırlıqlar keçirdim. Bu təklif mənim üçün sürpriz oldu. Amma təklif üçün hazır idim, çünki döyüş gözləyirdim". "Çəkisalma prosesi ümumiyyətlə təlim-məşq toplanışı start götürdüyü andan başlayır. Son həftələrə doğru artıq proqram çətinləşir. Mən ilk dəfə deyil ki, bu prosesdə iştirak edirəm. Ümid edirəm ki, hər şey qaydasında olacaq. Yarışda qalib gələcəyimə inanıram". Qeyd edək ki, iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında Fərman Həsənov yarıorta (welterweight) çəki dərəcəsində keçiriləcək qarşılaşmada Erik Nolan ilə üz-üzə gələcək. Bu döyüş Fərman Həsənovun UFC karyerasında debütü olacaq.
Mənbə
oxu.az