İdman
UFC-də ilk dəfə çıxış edəcək həmyerlimiz: "Turnirin Bakıda olması böyük hadisədir"
"UFC turnirinin Bakıda olması böyük hadisədir. MMA-ya başlayanda məqsədim UFC-də çıxış etmək idi. Amma debütümün məhz Bakıda olacağını gözləmirdim". Oxu.Az xəbər verir ki, bunu Milli Gimnastika Arenasında baş tutacaq "UFC Fight Night" gecəsində Erik Nolanla qarşılaşacaq Fərman Həsənov deyib. O bildirib ki, rəqibinə UFC-də beşinci məğlubiyyəti yaşadacaq: "Tofiq Musayevlə daim ünsiyyətdəyəm. Hər kəs komanda olaraq öz tövsiyələrini verir. Hazırkı rəqibim daha çox boksa üstünlük verir. Azərbaycanın isə güləşi daha çox məşhurdur. Bundan istifadə edib qalib gəlməyə çalışacağam. Həmyerlilərimiz bizə dəstək olurlar. Onlara təşəkkür edirəm". Qeyd edək ki, iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında Fərman Həsənov yarıorta çəki dərəcəsində (welterweight) keçiriləcək qarşılaşmada Erik Nolan ilə üz-üzə gələcək. Bu döyüş Fərman Həsənovun UFC karyerasında debütü olacaq.
Mənbə
oxu.az