İdman

Romelu Lukaku üçün İstanbul derbisi: Karyerasını harada davam etdirəcək?

15 May 2026, 15:32 2 baxış
Romelu Lukaku üçün İstanbul derbisi: Karyerasını harada davam etdirəcək?
İtaliyanın "Napoli" klubunun ulduz futbolçusu Romelu Lukakunun komandası ilə yolları ayrılmaq üzrədir. Oxu.Az xəbər verir ki, tanınmış hücumçunun xidmətləri Türkiyənin iki iddialı komandasının diqqət mərkəzindədir. Təcrübəli forvardı öz heyətinə qatmaq uğrunda İstanbul təmsilçiləri olan "Fənərbağça" və "Beşiktaş" qiyabi mübarizə aparırlar. Məlumata görə, artıq hər iki klub tərəfindən oyunçu ilə transfer danışıqlarına start verilib. Xatırladaq ki, məşhur hücumçu cari mövsüm ərzində cəmi yeddi qarşılaşmada yaşıl meydanda mübarizə aparıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər