İqtisadiyyat

Azərbaycanda pensiya xərcləri ARTDI

15 May 2026, 12:08 1 baxış
Azərbaycanda pensiya xərcləri ARTDI
Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla, 2 milyard 608 milyon manat vəsait yönəldilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9.3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il tarixə pensiyaların ortaaylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə ortaaylıq pensiyanın məbləği 632 manata çatıb. Qeyd olunub ki, yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər