İdman
"Barselona" "Çelsi"nin hücumçusu üçün təklif yolladı - FOTO
"Çelsi"nin hücumçusu Juan Pedronun "Barselona"ya gözlənilən transferi baş tutmayacaq. Oxu.Az "The Atletic" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ötən gün braziliyalı hücumçunun agenti ilə təmasa keçib. Məlumatlara görə, İspaniya nəhəngi bu keçid üçün 70 milyon avroluq transfer təklifi irəli sürüb. Lakin "Çelsi" rəhbərliyi bu təklifə birmənalı şəkildə qarşı çıxıb. Londonlular nəinki hücumçunu İspaniyaya buraxmaq niyyətində deyil, eyni zamanda, onu komandanın "toxunulmaz" futbolçuları siyahısına daxil edib. Rəhbərlik bu yay hər hansı bir satışdan qəti şəkildə imtina edərək, heyəti zəiflətmək əvəzinə onu daha da gücləndirmək yolunu seçib. Xatırladaq ki, Cari mövsümdə bütün turnirlər daxil olmaqla 48 qarşılaşmada meydana çıxan Juan Pedro, rəqib qapılarından 20 top keçirib və 9 məhsuldar ötürmə ilə yadda qalıb. İstedadlı hücumçunun London klubu ilə mövcud müqaviləsinin müddəti 2033-cü ilin yayında başa çatır.
Mənbə
oxu.az