İdman

Misli Premyer Liqası: "Karvan-Yevlax" "Qəbələ"yə, "Araz-Naxçıvan" isə "Kəpəz"ə qarşı

15 May 2026, 09:28 1 baxış
Misli Premyer Liqası: "Karvan-Yevlax" "Qəbələ"yə, "Araz-Naxçıvan" isə "Kəpəz"ə qarşı
Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gələcəklər. "Karvan-Yevlax" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur. Bu matç isə saat 19:30-da "SOCAR Polymer Arena"da baş tutacaq. Misli Premyer Liqası XXXII tur 15 may 17:00, "Karvan Yevlax" - "Qəbələ" Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli; VAR: Rauf Cabarov; AVAR: Cəmil Quliyev; Hakim-inspektor: Anar Salmanov; AFFA nümayəndəsi: Elçin Mehtiyev; Yevlax şəhər stadionu. 19:30, "Araz-Naxçıvan" - "Kəpəz" Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov; VAR: Əkbər Əhmədov; AVAR: Tural Qurbanov; Hakim-inspektor: Munis Abdullayev; AFFA nümayəndəsi: Elgiz Abbasov; "SOCAR Polymer Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər