İqtisadiyyat
TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir - FOTO
Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir. Oxu.Az "Report"a istinadla xəbər verir ki, tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətləri, TRACECA daimi katibliyinin rəsmiləri, beynəlxalq təşkilatlar və tərəfdaşlar iştirak edirlər. Görüşdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələrinin tranzit potensialının gücləndirilməsi və TRACECA proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunur. Tədbirdə, həmçinin TRACECA Hökumətlərarası Komissiyasına sədrliyin Qazaxıstana təhvil verilməsi, nümayəndə heyətləri rəhbərlərinin çıxışları, tranzit və nəqliyyat əməkdaşlığı sahəsində sənədlərin imzalanması və təşkilatın Daimi Katibliyinin baş katibinin seçilməsi də nəzərdə tutulub. TRACECA - Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyata dair Əsas Çoxtərəfli Sazişi imzalamış 14 dövləti birləşdirən beynəlxalq səviyyədə tanınmış proqramdır. Onların sırasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna yer alır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az