Dünya
Süni intellektə əsaslanan xidmətlər ən populyar mobil proqramlara çevrilib
Dünyada ən çox tələb olunan mobil proqramlar sırasına süni intellekt dəstəkli xidmətlər daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru nəşrinə mütəxəssis Artyom Anin məlumat verib. Ekspertin fikrincə, 2025-ci ilə qədər bu növ rəqəmsal məhsulların ümumi yüklənmə sayı iki dəfə artaraq 3.8 milyarda çatıb. "Dünya üzrə 5.78 milyard nəfər, yəni əhalinin 71%-i mobil cihazlardan istifadə edir. 142.2 milyard proqram və oyunun yüklənməsi ilə sektorun genişlənməsi sürətlənir, lakin istifadəçi auditoriyasının diqqətini cəlb etmək uğrunda mübarizə həlledici rol oynayır. Aparıcı meyillər sırasında süni intellekt proqramlarına kütləvi marağın artması xüsusi yer tutur. Ötən il qlobal səviyyədə süni intellekt əsaslı xidmətlərin yüklənmə sayı iki dəfə çoxalaraq 3.8 milyarda yüksələcək. Bu proses insanların gündəlik məsələlərin həllində neyroşəbəkələrdən mütəmadi istifadəyə alışması ilə bağlıdır", - deyə A.Anin aydınlıq gətirib. O vurğulayıb ki, qlobal texnologiya nəhəngləri generativ neyroşəbəkələr üzərində qurulan layihələrin inkişafına ayrılan sərmayələri aktiv şəkildə artırırlar. Ekspertin proqnozlarına görə, 2026-cı ilə doğru mobil proqramlaşdırma bazarında rəqabət daha da sərtləşəcək və istifadəçilərin tələbkarlığı artacaq. Mütəxəssis əlavə edib ki, proqram yaradıcıları auditoriyanın loyallığını yalnız onlara fərdiləşdirilmiş məsləhətlər, uyğun məzmun və müxtəlif bonus imkanları təqdim etməklə qoruya biləcəklər.
Mənbə
oxu.az