Dünya

Argentinada kuryoz hadisə: Verilişə ufoloq yerinə uroloq çağırıldı - VİDEO

15 May 2026, 07:18 2 baxış
Argentinada kuryoz hadisə: Verilişə ufoloq yerinə uroloq çağırıldı - VİDEO
Argentinanın "Vorterix" radiostansiyasının canlı efirində həm maraqlı, həm də gülməli hadisə baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Cooperativa" radiosu məlumat yayıb. Bildirilir ki, yadplanetlilərin mövcudluğu mövzusunda müzakirə aparmaq üçün verilişə səhvən ufoloq əvəzinə uroloq dəvət olunub. "Y que" proqramının aparıcıları ABŞ-də uçan naməlum obyektlərlə (UNO) bağlı məxfiliyi ləğv edilmiş sənədləri mütəxəssislə müzakirə etmək istəyiblər. Onlar bu məqsədlə efirə tanınmış UNO tədqiqatçısı Mariano Koeni çağırdıqlarını güman ediblər. Lakin qonaqla əlaqə qurulduqdan və ondan bu sahə üzrə harada təhsil aldığı soruşulduqdan sonra, kişi əslində uroloq işlədiyini açıqlayıb. Anlaşılmazlığı dərhal fərq edən həkim: "Mən ufoloq yox, uroloqam", - deyə cavab verib. Proqramın aparıcıları vəziyyətdən çıxış yolu taparaq, yerdənkənar sivilizasiyaların varlığı barədə həkimin də fikrini öyrənməyə qərar veriblər. Mütəxəssis yerdənkənar həyatın mövcudluğunu ehtimal etsə də, bu barədə dəqiq məlumata malik olmadığını qeyd edib. Xatırladaq ki, mayın 8-də Pentaqon müxtəlif dövlətlərin və Ayın üzərində qeydə alınmış uçan naməlum obyektləri əks etdirən 160-dan çox sənədin məxfiliyini ləğv edib. ABŞ Müdafiə Nazirliyi məxfiliyi açılan yeni materialları hər bir neçə həftədən bir ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər