Dünya
Hindistanda güclü külək kişini 50 metr havaya qaldırdı - VİDEO
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında tüğyan edən şiddətli külək bir nəfəri təxminən 50 metr hündürlüyə qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə yerdə qalmağa çalışan şəxsin dəmir talvardan yapışdığı əks olunub. Lakin güclü qasırğa konstruksiyanı yerindən qopardığı üçün həmin şəxs onunla birlikdə yüksəyə uçub. Məlumata görə, bu dəhşətli hadisədən sağ çıxmağı bacaran şəxs bədəninin müxtəlif nahiyələrindən çoxsaylı ağır xəsarətlər alıb. Qeyd edək ki, ştatın bir neçə dairəsində hökm sürən təbii fəlakət nəticəsində indiyədək 100-dən çox insan həyatını itirib.

Mənbə
oxu.az