Dünya
Maldiv adalarında dayvinq faciəsi: Beş italiyalı həyatını itirdi
Maldiv adalarında dayvinqlə məşğul olan beş İtaliya vətəndaşı həyatını itirib. Oxu.Az AFP-yə istinadən xəbər verir ki, dalğıclar 50 metr dərinlikdə yerləşən sualtı mağaraları tədqiq etməyə cəhd edərkən faciəli şəkildə həlak olublar. İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Mağaranın içərisində ilk olaraq gənc bir kişinin cəsədi aşkar edilib. Maldiv Milli Müdafiə Qüvvələrinin (MNDF) bəyanatında qeyd olunur ki, axtarış işlərinə təyyarələr və sürətli qayıqlar cəlb olunub. Axtarışlar gecə boyu davam etdiriləcək. Bu məqsədlə hadisə yerində əməliyyatları əlaqələndirmək üçün sahil mühafizə gəmisi fəaliyyət göstərir.
Mənbə
oxu.az