Dünya

Haitidə qanlı toqquşmalar: Üç gündə 5000-dən çox insan didərgin düşüb

15 May 2026, 04:42 2 baxış
Haitidə qanlı toqquşmalar: Üç gündə 5000-dən çox insan didərgin düşüb
Haitidə silahlı qruplaşmalar arasında davam edən şiddətli toqquşmalar səbəbindən son üç gündə təxminən 5 300 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb. Məlumata görə, silahlı insidentlər ölkənin paytaxtı Port-o-Prensin şimal ərazilərində tüğyan edir. Hüquq müdafiəçisi Pyer Fritsnel bildirib ki, cinayətkar qruplar yaşayış binalarını, məktəbləri və ticarət obyektlərini qarət etdikdən sonra yandırırlar. Qruplaşmalar arasındakı amansız müharibə "Sərhədsiz Həkimlər" təşkilatına məxsus xəstəxanaların və bir neçə tibb məntəqəsinin fəaliyyətini dayandırmasına səbəb olub. Haitidə vətəndaş müharibəsi 2021-ci ildən bəri səngimək bilmir. Cinayətkar dəstələr paytaxt Port-o-Prensin böyük bir hissəsini, eləcə də ölkənin bir neçə mərkəzi bölgəsini nəzarətə götürüblər. BMT-nin hesabatına əsasən, 2025-ci ilin martından 2026-cı ilin yanvarına qədər olan dövrdə qruplaşmaların fəaliyyəti nəticəsində 5 500-dən çox insan həyatını itirib, 2 600-ə yaxın şəxs isə yaralanıb. Ümumilikdə, 2021-ci ildən bəri silahlı dəstələrin törətdiyi zorakılıqlar nəticəsində ölkədə 20 minə yaxın ölüm halı qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər