Dünya

İspaniya La Liqası: "Real Madrid" "Ovyedo"nu məğlub etdi - VİDEO

15 May 2026, 01:42 1 baxış
İspaniya La Liqası: "Real Madrid" "Ovyedo"nu məğlub etdi - VİDEO
İspaniya La Liqasının 36-cı turunda "Real Madrid" və "Ovyedo" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, qarşılaşma İspaniya paytaxtındakı "Santyaqo Bernabeu" stadionunda baş tutub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Birinci hissənin sonlarında "kral klubu"nun hücumçusu Qonsalo Qarsiya hesabı açıb. 80-ci dəqiqədə isə yarımmüdafiəçi Cud Bellingem Mbappenin ötürməsini qolla tamamlayaraq Madrid təmsilçisinin qələbəsini rəsmiləşdirib. Bu nəticədən sonra "Real" 80 xalla ikinci pillədə qərarlaşıb. "Ovyedo" isə 20-ci yerdədir. Komanda cəmi 29 xal toplayaraq vaxtından əvvəl Primeranı tərk edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər