Dünya

Tim Kukun gülüşü və İlon Maskın qəribə hərəkətləri: Çindəki ziyafətdən maraqlı kadrlar - VİDEO

15 May 2026, 01:48 2 baxış
Tim Kukun gülüşü və İlon Maskın qəribə hərəkətləri: Çindəki ziyafətdən maraqlı kadrlar - VİDEO
Pekində ABŞ və Çin liderlərinin iştirakı ilə keçirilən dövlət ziyafətində amerikalı sahibkar İlon Maskın fotoçəkiliş zamanı verdiyi qəribə üz ifadələri müzakirələrə səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri "Daily Mail" nəşri yayımlayıb.
Ziyafətdən yayılan videoda "Apple"ın rəhbəri Tim Kukun Maskın arxasında dayanaraq kameraya nəzakətlə gülümsədiyi, "Tesla" və "SpaceX"in rəhbərinin isə qəribə üz hərəkətləri edərək baş barmaqlarını yuxarı qaldırdığı görünür. Maraqlı məqamlardan biri odur ki, fotoqraf işini bitirən kimi Tim Kuk dərhal gülümsəməyi dayandırıb və ciddi görkəm alıb. Həmin günün əvvəlində İlon Mask Böyük Xalq Zalı binasında oğlu XÆA-12 ilə birlikdə görünüb. Sahibkarın oğlunun üzərində Çin simvolları olan jilet geyinməsi və əjdaha formasında çanta daşıması xüsusi diqqət çəkib.
Mənbə oxu.az

Oxşar Xəbərlər