İdman
İran DÇ-2026-da iştirak etməyə bilər - Səbəb
İranın futbol üzrə milli komandası Dünya Çempionatı-2026-nın final mərhələsində iştirak etməyə bilər.
Axar.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat verib.
Federasiya prezidenti bildirib ki, ABŞ vizaların verilməsi prosedurunu uzadıb. Belə ki, komandanın heç bir üzvünə giriş icazəsi verilməyib. O, məsələni FİFA nümayəndələri ilə müzakirə edəcəyini söyləyib. Əgər problem həll olmasa, İran turnirdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, İran komandası G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu qrupun bütün oyunları ABŞ-da keçiriləcək.
Mənbə
axar.az