Digər

ABŞ-ın təhdidlərinə öyrəşmişik - Arakçı

15 May 2026, 00:13 11 baxış
ABŞ-ın təhdidlərinə öyrəşmişik - Arakçı

ABŞ müxtəlif yollarla İrana qarşı təhdidləri təkrarlayır.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.


"Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir ki, təhdidlərini müxtəlif yollarla təkrarlayırlar, lakin özləri də başa düşürlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və etməyəcəklər", - Arakçı vurğulayıb.


Onun fikrincə, İranla bağlı məsələlərin hərbi həlli yoxdur:


"İran təhdidlər qarşısında möhkəm dayanır və boyun əymir, bununla yanaşı, İranla hörmət dilində danışanlar eyni cavabı alırlar".

Mənbə axar.az

Oxşar Xəbərlər