Digər

Si razılaşdı, 200 ədəd "Boinq" alacaq - Tramp

14 May 2026, 23:04 7 baxış
Si razılaşdı, 200 ədəd "Boinq" alacaq - Tramp

Çin rəhbəri Si Szinpin "Boinq"dən 200 təyyarə almağa razılaşıb.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalına açıqlamasında deyib.


"Bu gün o, bir şeylə razılaşdı: 200 böyük təyyarə sifariş edəcək. Bu, çoxlu iş yeri deməkdir”, - Tramp bildirib.


Tramp həmçinin şirkətin əvvəlcə daha kiçik bir sifariş istədiyini söyləyib:


"Boinq" 150 istəyirdi, onlar 200-nü aldılar".


Qeyd edək ki, Tramp Çində səfərdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər