İqtisadiyyat

Əhalinin gəlirləri artıb

14 May 2026, 22:12 2 baxış
Əhalinin gəlirləri artıb
Pərviz Heydərov yazır... İl başlayandan istehlak qiymətləri indeksinin - inflyasiyanın yüksəlməyə meyilli olması diqqəti əhalinin gəlirlərindəki dinamikaya çəkir. Ümumiyyətlə, sözügedən fonda qeyd olunan məsələ daima nəzərdə saxlanmağı tələb edir. 2026-cı ilin yanvar-aprel aylarında ölkədə orta illik inflyasiya ötən ilin müvafiq dövri ilə müqayisədə 5.6% dəyişib ki, bu rəqəm birinci rübün yekununa 5.7% təşkil etmişdi. Həmişə olduğu kimi ərzaq, ümumi inflyasiya səviyyəsini ən çox müəyyən edən və ya şişirdən, yəni onu yüksək rəqəm şəklində təşkil etməsini təmin edən əsas faktor rolunda çıxış edib. Belə ki, ayrılıqda götürsək, göstərilən müddətdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər orta hesabla 6.5% - 6.8% aralığında dəyişib ki, bu da ümumi inflyasiyadan üstün təşkil edib. Sual oluna bilər ki, ümumiyyətlə bu tendensiyaya səbəb nədir? Birinci səbəb ərzaq məhsullarına tələbin həmişə yüksək olmasındadırsa, ikinci səbəb sözügedən məhsulların qiymətlərində baş verən dəyişiklik faktorundadır. Təsadüfi deyil ki, məhz ərzağa görə də əhaliyə göstərilən ödənişli xidmətlərin (ictimai iaşə sektorunda, nəqliyyat və kommunal xərclərdə) qiymət indeksi dəyişən temp üzrə inkişaf edir. Yanvar-aprel aylarında bu, 5.7% təşkil edib. Qeyri-ərzaq mallarının qiymətlərində isə təqribən 3.6% - 3.7% dəyişiklik qeydə alınıb.
Bəs, əhalinin gəlirləri hansı səviyyədədir və necə dəyişib? Məlumdur ki, bu il əmək pensiyalarının ənənəvi olaraq indeksləşdirilməsi əməliyyatından savayı heç bir sosial istiqamətdə artım həyata keçirilməyib, keçirilməsi də nəzərdə tutulmur. Yəni, neftin bahalaşması faktoruna görə ölkəmizdə maaş və pensiyaların artırılacağı planlaşdırılmır, ona görə ki, real dönəmdə bu, çox ciddi səhv olardı. Bununla belə, ilin əvvəlindən əhalinin gəlirlərinin artım tempi inflyasiya ilə müqayisədə üstün təşkil edib və edir. Məsələn, yanvar-mart aylarında inflyasiya ötən ilin eyni dövrünə görə 5.7% təşkil etdiyi halda əhalinin nominal gəlirləri 7% artaraq 22.4 milyard manata çatmışdı. Yəni, əhalinin ümumi alıcılıq qabiliyyəti (real gəlirləri) 1.3% artıq təşkil etmişdi. Cari ilin yanvar-aprel aylarında isə ölkədə əhalinin nominal gəlirləri 28 milyard 702.4 milyon manata bərabər olaraq ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artıq təşkil edib ki, göstərilən dövrdə inflyasiya yuxarıda qeyd etdiyim kimi 5.6% təşkil etdiyindən əhalinin real gəlirləri demək bir az da çox - təxminən 3.2% yüksəlib. Başqa sözlə, ötən dörd ayın rəsmi iqtisadi göstəricilərinə əsasən, əhalinin gəlirlərinin artım sürəti inflyasiyanı qabaqlayıb və bu da real alıcılıq qabiliyyətinin müsbət zonada qalmasına şərait yaradıb. Yeri gəlmişkən, xatırladım ki, ötən ilin yekunlarına əsasən ölkədə istehlak qiymətləri səviyyəsi 5.6%, əhalinin nominal gəlirləri isə əvvəlki ilə nəzərən 8% dəyişmişdir. Bu isə o demək idi ki, real gəlirlər 2.4% yüksəlmişdi. Təbii ki, buna ötən il ərzində ölkədə 2019-cu ildən bəri həyata keçirilən növbəti, yəni beşinci sosial islahat paketi zəmin yaratmışdı. Rəqəmlərə nəzərən qənaətə gəlmək olar ki, inflyasiyaya meyillilik fonunda əhalinin real gəlirləri pis səviyyədə deyil, əksinə yaxşıdır və hətta artıb. Bəli, cari ilin ilk dörd ayı ərzində inflyasiyanın 5.6% təşkil etməsi müqabilində əhalinin nominal gəlirlərinin 8.8% artması real alıcılıq qabiliyyətinin ümumən 3.2% yüksəlməsi demək olub. Ancaq 2026-cı ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı artımına gəldikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 1 151.5 manata bərabər olmaqla cəmi 6.2% təşkil edib. Bu isə o deməkdir ki, orta illik inflyasiya 5.6%, o cümlədən ərzaq məhsulları üzrə 6.5% - 6.8% olması müqabilində ölkədə əhalinin alıcılıq qabiliyyəti ümumən yüksəlmiş olsa da, muzdla işləyənlərin və aztəminatlı təbəqənin gəlirləri əslində nəinki sabit qalıb, hətta aşağıya doğru dəyişib. Başqa sözlə, ortaaylıq nominal əməkhaqqı göstəricisi 6.2% artmaqla 5.6%-lik inflyasiyanı cüzi üstələyib. Nəticədə də rəsmi işləyənlərin real gəlirlərində 0.6% yüksəliş qeydə alınıb. Təkrar edirəm, ərzaq isə orta hesabla 6.5% - 6.8% dəyişib. Ölkədə əhali büdcəsinin böyük hissəsini isə ərzağa sərf edir.
Əhalinin gəlirləri artıb Əhalinin gəlirləri artıb
Mənbə oxu.az

Oxşar Xəbərlər