Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
Biz bunu bir dənə də raket atmadan etdik. Zənginləşdilmiş uranın 97%-ni İrandan çıxardıq. Bu sazişin işlədiyinə şübhə yoxdur və çoxlu insan öldürmək və ya Hörmüz boğazını bağlamaq məcburiyyətində qalmadıq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Barak Obama İranla bağladıqları saziş haqda danışarkən deyib.
O bildirib ki, İran həqiqi diplomatiya yolu ilə və müharibə və ya eskalasiya olmadan mülki nüvə proqramının əhəmiyyətli bir hissəsini məhdudlaşdırmağa razılaşıb və öhdəliklərini yerinə yetirib:
“Bu, İranın həmişə müharibə yox, sülh axtardığını və onunla diplomatiyanın “qarşılıqlı qazanc" əsasında aparıla biləcəyini sübut edir”.
Qeyd edək ki, Tramp ilk prezidentlik müddətində İranla bağlanan 5+1 sazişindən çıxaraq, İslam Respublikasına sanksiyaları bərpa etmişdi.