İdman

Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

14 May 2026, 21:12 1 baxış
Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb. xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici final görüşündə ukraynalı Olena Kolubay ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatdığı üçün idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.
Mənbə oxu.az