Dünya
Ermənistan Hindistanla birgə raket istehsalına başlayır?
Ermənistan müdafiə sahəsində tərəfdaşlığı inkişaf etdirmək məqsədilə Hindistanla "Pinaka" raket komplekslərinin və artilleriya mərmilərinin istehsalının öz ərazisində həyata keçirilməsi yollarını nəzərdən keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" portalı məlumat yayıb. Nəşrin məlumatına əsasən, söhbət dəqiqlik dərəcəsinə görə HIMARS sistemləri ilə müqayisə edilən kompleksin daha inkişaf etmiş versiyasının - "Pinaka"nın, həmçinin 155 mm-lik artilleriya sursatlarının istehsalından gedir. Mənbələrin bildirdiyinə görə, hər iki ölkə Hindistanın müdafiə sənayesi müəssisələrinin cəlb edilməsi ilə Ermənistanda müvafiq istehsal infrastrukturunun qurulmasını müzakirə edir.
Mənbə
oxu.az