Digər

Pakistan qanadlı raketi sınaqdan keçirdi

14 May 2026, 21:05 1 baxış
Pakistan qanadlı raketi sınaqdan keçirdi

Pakistan yüksək dəqiqliyə malik "Fatah-4" qanadlı raketinin sınaqlarını uğurla həyata keçirib.


Axar.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.


"Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş "Fatah-4" böyük məsafələrdəki hədəfləri dəqiqliklə vurmağa qadirdir", - məlumatda bildirilir.


Buraxılışın məqsədi qoşunların operativ hazırlığının təmin edilməsi və vurma dəqiqliyini artırmaq üçün raketin əsas texniki sistemlərinin yoxlanılmasıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər