Rusiya "oliqarxlar kəndi"nə zərbə endirdi
Rusiya Silahlı Qüvvələri müxtəlif tipli 64 raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək genişmiqyaslı hücum həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə BDB-nin baş katibi Sergey Lebedev Teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya zərbələrinin hədəflərindən biri də "oliqarxlar kəndi" olub:
“Zərbənin əsas hədəfləri Kiyevdə və Ukraynanın mərkəzindəki hərbi obyektlər olub. Rusiya Silahlı Qüvvələri Kozın kəndində naməlum bir obyektə zərbə endirib. Ukrayna oliqarxlarının ən bahalı malikanələrindən bəziləri orada (Kozınd) yerləşir: Axmetovun malikanəsi, Klyuyevlərin malikanəsi, Yura Yenakievskinin malikanəsi və digər hökumətyönlü elita, eləcə də Dnepr çayında süni şəkildə yaradılmış özəl adalar..." - deyə o yazıb.