İqtisadiyyat

Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər

14 May 2026, 19:48 1 baxış
Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər. Oxu.Az xəbər verir ki, bu məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb. Sazişə əsasən, tərəflər minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək və minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaqla əlaqədar üzərlərinə öhdəlik götürüblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər