Dünya

Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib

14 May 2026, 20:02 1 baxış
Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib
"Reabilitasiya və sağlamlıqlarının bərpası məqsədilə daha 18 ukraynalı uşaq Azərbaycana gətirilib". Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb. "Rusiyanın genişmiqyaslı hücumu başlayandan bu yana, ümumilikdə 594 uşaq Azərbaycanın qayğısı, həmrəyliyi və qonaqpərvərliyindən yararlanmaq imkanı əldə edib. Uşaqlarımıza dəstək verən hər kəsə və Azərbaycana minnətdarlığımızı bildiririk", - deyə paylaşımda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər