Digər

Maduro 18 məhbusla bir kamerada saxlanılır - Oğlu

14 May 2026, 19:32 2 baxış
Maduro 18 məhbusla bir kamerada saxlanılır - Oğlu

ABŞ-da həbsdə olan Venesuelanın sabiq prezidenti Nikolas Maduro həbsxana kamerasını daha 18 məhbusla bölüşür.


Axar.az xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində məlumat verib.


Onun sözlərinə görə, məşhur amerikalı reper “Tekaşi 6ix9ine” də sınaq müddətinin şərtlərini pozduqdan sonra bir müddət həmin ümumi kamerada saxlanılıb.


Qeyd edək ki, Maduro və həyat yoldaşı Cilia Flores yanvarın əvvəlində ABŞ qüvvələri tərəfindən Karakasda saxlanılıb və daha sonra Nyu-Yorka aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər