Digər

Hizbullah İsrailin iki tankını vurdu

14 May 2026, 19:41 2 baxış
Hizbullah İsrailin iki tankını vurdu

Hizbullah silahlıları Əl-Bəyada yaşayış məntəqəsində İsrail ordusunun mexanikləşdirilmiş patruluna hücum edib.


Axar.az xəbər verir ki, bu barədə Hizbullaha məxsus Teleqram kanalında məlumat verilib.


Məlumata görə, hücum zamanı İsrailə məxsus bir ədəd “Merkava” tankı vurulub.


Daha bir “Merkava” tankına isə Kfar-Kila şəhəri yaxınlığında hücum edilib.


Bundan əlavə, Hizbullah qruplaşması İsrail hərbçilərinin olduğu məntəqələri hədəfə alıb. Nəticədə bir neçə israilli əsgər yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər