Dünya

Paşinyan Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı narahatlığını bildirib

14 May 2026, 18:54 1 baxış
Paşinyan Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı narahatlığını bildirib
"Ermənistan hökuməti Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından istifadə etməklə öz vətəndaşlarını müdafiə etməyə yönəlmiş mümkün addımlarından heç bir narahatlıq hiss etmir". Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. "Rusiya Federasiyasında hansı qanunların qüvvədə olmasından asılı olmayaraq, sözügedən hərbi baza Ermənistan qanunvericiliyinə uyğun olaraq və Ermənistan Respublikasının yurisdiksiyası altında fəaliyyət göstərməlidir", - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər