Digər

Rusiya ilə bağlı bu ittihamlar əsassızdır - Mirzoyan

14 May 2026, 17:57 1 baxış
Rusiya ilə bağlı bu ittihamlar əsassızdır - Mirzoyan

Ermənistan Rusiya ilə sağlam və tərəfdaşlığa əsaslanan münasibətlər qurmaq niyyətindədir.


Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.


O, müxalifətin Ermənistan hakimiyyətinə qarşı Rusiya ilə münasibətləri pisləşdirmək ittihamlarını ədalətsiz və əsassız adlandırıb:


"Biz Rusiya ilə normal, tərəfdaşlığa əsaslanan, sağlam münasibətlərə malik olmaq üçün səy göstərmişik, edirik və bundan sonra da çalışacağıq. Bu o demək deyil ki, bizim xarici siyasətimiz yalnız bu istiqamətə yönələcək. Biz siyasi müstəvidə çox şeyi, o cümlədən iqtisadi əlaqələri şaxələndirmək istəyirik".

Mənbə axar.az

Oxşar Xəbərlər