İdman

İngiltərə futbolunda casusluq qalmaqalı: Acun Ilıcalının komandasının rəqibi cəzalandırıla bilər

14 May 2026, 17:54 1 baxış
İngiltərə futbolunda casusluq qalmaqalı: Acun Ilıcalının komandasının rəqibi cəzalandırıla bilər
İngiltərə Çempionşipində məşhur türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" "Uembli" stadionunda keçirilən oyunda finala çıxmağa nail olub. "Hall Siti"nin rəqibi isə "Sauthempton" - "Midlsbro" matçının qalibi olacaqdı. "Sauthempton" "Midlsbro"ya qolsuz bərabərliklə bitən ilk oyundan sonra cavab matçında 2:1 hesabı ilə qalib gəlib və pley-off finalına çıxmağa müvəffəq olaraq, "Hall Siti"nin rəqibi olub. "Sauthempton"da stajor-analitik olan Uilyam Salt "Midlsbro" ilə ilk matçdan əvvəl gizlicə rəqibinin məşq bazalarına girib və taktiki məlumatları qeydə alıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Bildirildiyinə görə, "Daily Mail" nəşri bu hadisəni ortaya çıxardıqdan sonra oynanılan ikinci matçda "Sauthempton" qələbə qazanıb, lakin İngiltərə Futbol Federasiyası (İFF) bazar günü (17 may) keçiriləcək finaldan əvvəl məsələnin araşdırılması qərarına gəlib. "Daily Mail"in məlumatına görə, uduzaraq mövsümü başa vuran "Midlsbro" bazar günü keçiriləcək finaldan əvvəl cümə günü məşqlərə qayıtmaq qərarına gəlib. "Midlsbro" rəhbərliyi İFF-nin "Sauthempton"u diskvalifikasiya etmək qərarını gözləyir. Bundan əlavə, İFF-nin casusluq iddialarını araşdırmaq qərarından sonra "Sauthempton" klubu rəsmi internet saytından "Uembli"də "Hall Siti" ilə oynanılacaq matçın bilet məlumatlarını silib. İFF-nin rəsmiləri tərəfindən araşdırılan casusluq iddialarından sonra qərarın ən geci cümə günü (15 may) veriləcəyi gözlənilir. İFF iki variantı var: "Sauthempton" diskvalifikasiya edərək "Midlsbro"nu irəlilətmək və ya "Hall Siti"ni birbaşa Premyer Liqaya yüksəltmək.
Mənbə oxu.az

Oxşar Xəbərlər