Digər
Köçəryan həbs olunmalıdır - Paşinyan
"1 mart" işi bütün detalları ilə açılıb, hüquq-mühafizə sistemimiz dəstənin rəhbəri Robert Köçəryanı qanuni məsuliyyətə cəlb etməlidir. Bir sözlə, Robert Köçəryan həbs olunmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu baş verməyənə qədər hakimiyyət Ermənistanda ədalətli məhkəmə sisteminin mövcud olduğunu cəmiyyətə inandıra bilməyəcək:
“Mənə qarşı ən böyük və cavab verməsi çox çətin olan ittiham budur: insanlar soruşur ki, Robert Köçəryan niyə azadlıqdadır? Bu məsələ institusional səviyyədə həll olunmalıdır”.
Mənbə
axar.az