Dünya

Paşinyan: "TRIPP layihəsi üzrə dövlətlərarası sazişin hazırlanması yekun mərhələdədir"

14 May 2026, 15:26 2 baxış
Paşinyan: "TRIPP layihəsi üzrə dövlətlərarası sazişin hazırlanması yekun mərhələdədir"
"ABŞ və Ermənistan arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə dövlətlərarası sazişin hazırlanması yekun mərhələdədir. Rəsmi İrəvan onu mümkün qədər tez imzalamaq istəyir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bəyan edib. "Paralel olaraq iki proses gedir: həm ərazinin öyrənilməsi aparılır, artıq bəzi infrastrukturların, məsələn, dəmir yolu stansiyalarının təmiri istisna edilmir. Eləcə də dövlətlərarası sazişin yekunlaşdırılması üzrə hüquqi işlər aparılır. Biz mümkün qədər tez de-yure imzalamaq istəyirik ki, o qüvvəyə minsin. Zarafat etmirəm, hər gün TRIPP ətrafında işlər aparılır", - deyə Ermənistan lideri bildirib. Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər