Dünya

Peter Madyar Macarıstanda son dörd ildə tətbiq olunan rejimi ləğv etdi

14 May 2026, 16:02 2 baxış
Peter Madyar Macarıstanda son dörd ildə tətbiq olunan rejimi ləğv etdi
Dörd il öncə Macarıstanın sabiq baş naziri Viktor Orban tərəfindən tətbiq olunan xüsusi rejim ölkədə ləğv edilib. Oxu.Az xəbər verir ki, qəbul edilən yeni qərar barədə dövlətin hazırkı rəhbəri, Macarıstanın Baş naziri Peter Madyar özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. "Bu gün, düz dörd il keçdikdən sonra Macarıstanda müharibə şəraiti ilə əlaqədar tətbiq olunan xüsusi rejim yekunlaşır və bununla da altı il öncə Orban rəhbərliyinin qərarı ilə elan olunmuş fövqəladə vəziyyətə son qoyulur", - deyə Madyar paylaşımında bildirib. Hökumət rəhbəri onu da vurğulayıb ki, artıq Macarıstan vətəndaşları öz adi gündəlik həyatlarına dönə biləcəklər. Xatırladaq ki, Macarıstanın Baş naziri Peter Madyar bir müddət öncə rəsmi dövlət iqamətgahında yaşamaqdan imtina edib. Məlumata görə, ondan əvvəlki hökumət başçısı Viktor Orban məhz həmin binada məskunlaşıb. Madyarın bu addımı atmasının dəqiq səbəbləri isə hələlik məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər