Digər

Trampın Çin səfəri: ABŞ İranla bağlı ciddi addımlar ata bilər

14 May 2026, 15:29 2 baxış
Trampın Çin səfəri: ABŞ İranla bağlı ciddi addımlar ata bilər

ABŞ Prezidenti Donald Tramp Çin səfərindən sonra İrana qarşı daha ciddi addımlar ata bilər.


Axar.az xəbər verir ki, bu barədə “Axois” nəşri ABŞ mənbələrinə istinadən məlumat yayıb.


“Variantlardan biri “Azadlıq layihəsi” əməliyyatının bərpası ola bilər. Digər tərəfdən, ABŞ İran infrastrukturuna qarşı yeni əməliyyatlar başlatmaq imkanlarını da araşdırır.


İsrailli rəsmilər ABŞ hərbi əməliyyatı bərpa etmək qərarını verəcəyi təqdirdə, ölkələrinin əməliyyata tam hazır olacağını bildiriblər”, - nəşr qeyd edib.


Qeyd ki, ABŞ lideri Donald Tramp hazırda Çində səfərdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər