Digər
Rusiya BMT-yə məxsus maşına hücum etdi - Video
Rusiya ordusu Xerson şəhərində BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinə məxsus nəqliyyat vasitəsinə dronlarla hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
“Rusiya tərəfi hansı avtomobili vurduğunu bilməyə bilməzdi. Hadisə zamanı ofisin rəhbəri və daha 8 əməkdaş nəqliyyat vasitəsində olub, lakin heç kim xəsarət almayıb və bütün personal təxliyə edilib”, - Zelenski bildirib.
Qeyd edək ki, Rusiya tərəfi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Mənbə
axar.az