Dünya
Trampın komandası Çinə şəxsi telefonlarını aparmayıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın komandası və nümayəndə heyətində yer alaraq Pekinə yollanan böyük şirkət rəhbərləri səfər zamanı şəxsi notbuk və mobil telefonlarından imtina ediblər. Buna səbəb kimi onların Çin xüsusi xidmət orqanlarının mümkün kiberhücumlarından ehtiyat etmələri göstərilir. Oxu.Az xəbər verir ki, müvafiq məlumatı "Fox News" telekanalı yayımlayıb. Məlumata görə, dövlət başçısının səfəri çərçivəsində amerikalı rəsmilər yalnız müvəqqəti kompüter və telefonlar işlədirlər. Təqdim edilmiş təhlükəsizlik təlimatında qeyd olunur ki, cihazların USB girişlərinə qoşulması məsləhət görülmür. Əks halda, şəxsi məlumatların oğurlanması və ya telefonlara zərərverici proqram təminatının yüklənməsi təhlükəsi yaranır. Telekanal bildirir ki, belə ehtiyat tədbirlərinə yalnız dövlət rəsmiləri əməl etmir. Prezidenti Çin səfərində müşayiət edən "Apple", "Boeing", "Qualcomm" və "BlackRock" kimi nəhəng şirkətlərin rəhbər şəxsləri də eyni təhlükəsizlik qaydalarını tətbiq edirlər.
Mənbə
oxu.az