Digər

Moskva Ermənistanı elə bir siyahıya saldı ki...

14 May 2026, 14:35 1 baxış
Moskva Ermənistanı elə bir siyahıya saldı ki...

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının xaricdə saxlanılması riski barədə xəbərdarlıq edib.


Axar.az APA-ya istinadla xəbər verir ki, XİN-in ölkə vətəndaşlarının saxlanılma riski olan ölkələr siyahısında Ermənistan da var.


Rusiya XİN-in departament direktoru Qriqori Lukyantsev bildirib ki, xaricə səyahət edərkən rusiyalılar üçüncü ölkələrdən ABŞ-a ekstradisiya ehtimalından xəbərdar olmalıdırlar.


Onun sözlərinə görə, Rusiya vətəndaşlarının ABŞ-ın tələbi ilə saxlanılması riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.

Mənbə axar.az

Oxşar Xəbərlər