Dünya

Latviyanın baş naziri istefa verdi

14 May 2026, 13:54 1 baxış
Latviyanın baş naziri istefa verdi
Evika Silinya Latviyanın baş naziri vəzifəsindən istefa verib. Bu barədə Oxu.Az "Sputnik Latviya" nəşrinə istinadən xəbər verir. Baş nazirin parlament qarşısında bəyanatla çıxış etməsi ehtimal edilsə də, o bunun əvəzinə Nazirlər Kabinetində mətbuat konfransı keçirib. Qeyd edək ki, baş nazir Ukrayna PUA-larının (Pilotsuz Uçuş Aparatları - dron) Latviyada düşməsi ilə bağlı insident fonunda ölkənin müdafiə naziri Andris Sprudsun istefasından sonra postundan getdiyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər