İdman

"Neftçi"nin şikayəti rədd edildi: 15 min manatlıq cərimə qüvvədə qaldı

14 May 2026, 12:50 1 baxış
"Neftçi"nin şikayəti rədd edildi: 15 min manatlıq cərimə qüvvədə qaldı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Misli Premyer Liqasının XXIII turunda baş tutan "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15 000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb. Qeyd edək ki, martın 9-da keçirilən sözügedən qarşılaşma "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər