Cəmiyyət

Samur qəsəbəsindəki qəzalı bağça nə vaxt təmir olunacaq? - RƏSMİ AÇIQLAMA

14 May 2026, 11:38 5 baxış
Samur qəsəbəsindəki qəzalı bağça nə vaxt təmir olunacaq? - RƏSMİ AÇIQLAMA
"Qusar rayonu Samur qəsəbəsində uşaq bağçasının mövcud vəziyyətindən xəbərdarıq. Müəssisənin əsaslı təmiri və ya yenidən inşası ilə bağlı məsələ aidiyyəti üzrə qeydiyyata alınıb". Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildiriblər. Qeyd olunub ki, qurumun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud təhsil müəssisələrinin əsaslı təmiri idarənin prioritet istiqamətlərindən biridir: "Son bir il ərzində idarənin tabeliyində fəaliyyət göstərən 1 məktəbəqədər təhsil müəssisəsində cari, 2 məktəbəqədər təhsil müəssisəsində isə əsaslı təmir işləri aparılıb. Təhsil müəssisələrininin təmiri və ya tikintisi növbəlilik və prioritetlik prinsipləri əsasında mərhələli şəkildə həyata keçirilir". Xatırladaq ki, ötən gün Oxu.Az-ın qaynar xəttinə müraciət edən Qusar rayon Samur qəsəbə sakinləri qəsəbədə fəaliyyət göstərən bağçanın qəzalı vəziyyətdə olduğunu, uşaqların həyatı üçün təhlükə yaratdığını nəzərə çatdırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər