Dünya

Spirt hantavirusu məhv edir? - Həkimdən tövsiyə

14 May 2026, 10:16 1 baxış
Spirt hantavirusu məhv edir? - Həkimdən tövsiyə
Hantavirus etil spirti əsaslı birləşmələrə koronavirusla müqayisədə daha az davamlıdır. Patogeni məhv etmək üçün 30-40% konsentrasiyalı məhlul kifayət edir. Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti Samir Məmmədov danışıb. "Koronavirusun inaktivləşdirilməsi üçün ən azı 70-80% etanol və ya ən azı 75% izopropanol tərkibi tələb olunur, hantavirus halında isə 30-40% kifayətdir", - deyə Samir Məmmədov bildirib. Həkimin sözlərinə görə, tövsiyə spirtin daxilə qəbulunu nəzərdə tutmur, sadəcə əllərin və səthlərin dezinfeksiyasına aiddir. Ekspert vurğulayıb ki, spirtli içkilərin hantavirusa qarşı effektivliyinə dair elmi dəlil yoxdur. Alkoqoldan sui-istifadə immunitet sistemini zəiflədir və orqanizmin ümumi vəziyyətini pisləşdirir. Hantavirusun müalicəsi üçün spirtli içki içmək faydasızdır və sağlamlıq üçün təhlükəlidir. Həmçinin Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko TASS-a bildirib ki, kruiz laynerində (gəmisində) epidemiyaya səbəb olan "Andes" hantavirusu mutasiyaya uğrayır və tədricən insana uyğunlaşır. Onun sözlərinə görə, "Andes"in əlamətlərinə əsasən, onun mutasiyaya uğradığı aydındır. "Bu, hansısa fəlakətin sübutu deyil, bu, ştammların mutasiyaya uğradığının sübutudur. Onlar uyğunlaşırlar və hər il öz ardıcıllıqlarını müəyyən dərəcədə dəyişirlər və immun sistemimizdən yaxşı yan keçirlər. (Hələki) hantaviruslar, xoşbəxtlikdən, aşağı virulentliyə və aşağı yoluxuculuğa malikdirlər, baxmayaraq ki, artıq yavaş-yavaş insandan insana keçməyə başlayıblar", - deyə Onişenko qeyd edib. O əlavə edib ki, 2018-ci ildə Argentinada baş verən "Andes" epidemiyası virusun 35%-ə qədər yüksək ölüm nisbətini nümayiş etdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər