İqtisadiyyat
KOBİA-nın təşkilatçılığı ilə Bakıda və bölgələrdə sahibkarlarla görüşlər keçiriləcək
May ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı və Şəki şəhərlərində, Sabirabad, Gədəbəy, Füzuli, Yardımlı və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb. Bu görüşlər sahibkarlıqla bağlı dövlətin dəstək mexanizmləri, arıçılıq və bal məhsullarının satışı, ekoturizm sahəsində imkanlar, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi, gənclərin biznes fəaliyyətinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə ticarət və xidmət sahəsində imkanlar, orqanik məhsulların emalı və satışı kimi mövzuları əhatə edəcək. Onlayn və oflayn formatlarda təşkil olunacaq görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, müvafiq sahələrdə imkanlar, dövlət dəstəyi mexanizmləri barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaq. Sahibkarlar may ayında keçiriləcək sahəvi görüşlər barədə ətraflı məlumatla bu linkə keçid etməklə tanış ola bilərlər: https://smbgovaz.short.gy/6HFTih Qeyd edək ki, KOBİA tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində ölkənin bütün regionlarını əhatə etməklə 26 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 700-ə yaxın KOB subyekti iştirak edib.
Mənbə
oxu.az