Dünya
Si Cinpin: "Tayvan məsələsinə səhv yanaşma Çinlə ABŞ arasında münaqişəyə səbəb ola bilər"
"Tayvan məsələsinin həllinə səhv yanaşma Pekin və Vaşinqton arasında birbaşa toqquşmaya səbəb ola bilər". Oxu.Az Çin Dövlət Televiziyasına istinadən xəbər verir ki, bu sözləri Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla danışıqları zamanı bildirib. "Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunarsa, iki ölkə ümumi sabitliyi qoruyub saxlaya biləcək. Əks halda, iki ölkə toqquşacaq və ya hətta münaqişəyə girəcək ki, bu da bütün ikitərəfli münasibətləri son dərəcə təhlükəli vəziyyətə salacaq", - o qeyd edib. O, Tayvan boğazında sabitliyin qorunmasının Çin və ABŞ arasındakı münasibətlərdə ən vacib amil olduğunu bildirib.
Mənbə
oxu.az