Cəmiyyət

Ağcabədidə güclü külək fəsadlar törətdi - VİDEO

14 May 2026, 08:34 1 baxış
Ağcabədidə güclü külək fəsadlar törətdi - VİDEO
Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, "Mercedes-Benz" və VAZ-2106 markalı avtomobillərin üzərinə düşüb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər