Dünya

Ağ Evlə bağlı diqqətçəkən iddia: Tramp xüsusi məktub hazırlayıbmış

14 May 2026, 02:06 1 baxış
Ağ Evlə bağlı diqqətçəkən iddia: Tramp xüsusi məktub hazırlayıbmış
Görünür, ABŞ Prezidenti Donald Tramp öz varisi ilə bağlı qərarını verib. Məlumata görə, Tramp prezidentlik müddəti başa çatmamış vəfat edəcəyi təqdirdə vitse-prezident Cey. Di. Vensə ünvanlanmış xüsusi məktub hazırlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sebastyan Qorka "New York Post" nəşrinə açıqlamasında məlumat verib. "Resolute Desk" yazı masasının siyirməsində dövlət başçısına nəsə baş verəcəyi halda vitse-prezident tərəfindən oxunması üçün nəzərdə tutulmuş məktub saxlanılır", - deyə Qorka bildirib. Onun sözlərinə görə, Ağ Ev administrasiyası xarici düşmənlər tərəfindən Trampa qarşı həyata keçirilə biləcək sui-qəsd cəhdlərindən ehtiyat edir. Bununla belə, ABŞ-də hakimiyyətin ötürülməsi ilə bağlı dəqiq prosedurların mövcud olduğu vurğulanıb. "Axios" portalının məlumatına görə, hazırda dövlət katibi Marko Rubio və vitse-prezident Cey. Di. Vens ABŞ prezidentinin ən real varisləri hesab olunurlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər