Dünya
Vens özünü məşhur film qəhrəmanına bənzətdi
ABŞ vitse-prezidenti Cey. Di. Vens özünü məşhur "Evdə tək" filminin qəhrəmanı kimi hiss etdiyini bildirib. Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb. Bildirilib ki, vitse-prezident bu fikirləri ABŞ Prezidenti Donald Trampın Çinə səfəri ilə əlaqədar ölkədə olmamasından bəhs edərkən səsləndirib. "Məxfi Xidmətin qaydalarına əsasən, mən prezidentlə eyni vaxtda ölkə xaricinə çıxa bilmərəm. Buna görə də belə günlərdə bəzən özümü "Evdə tək" filmindəki Makoley Kalkin kimi hiss edirəm. Ağ Evə daxil oluram, hər yer çox sakit olur, heç kim görünmür və nə baş verdiyini anlamağım bir an çəkir", - deyə o qeyd edib.
Mənbə
oxu.az