Dünya

ABŞ-li milyonçu sərvətindən imtina edərək keşiş oldu - FOTO

14 May 2026, 02:48 1 baxış
ABŞ-li milyonçu sərvətindən imtina edərək keşiş oldu - FOTO
ABŞ-li biznesmen Skott-Vinsent Borba nəhəng sərvətindən üz çevirərək ruhaniliyə üz tutub. Oxu.Az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Məşhur "e.l.f. Cosmetics" kosmetika markasının 52 yaşlı həmtəsisçisi lüks həyat tərzindən uzaqlaşaraq inanca sığınıb. Milyonçu qeyd edib ki, maddi rifahına baxmayaraq, daxilində daimi bir boşluq hiss edib. Məhz bu səbəbdən o, bütün mülkünü xeyriyyə fondlarına bağışlayaraq həyatının qalan hissəsini Tanrıya xidmətə həsr etməyi qərara alıb. "Dəbdəbəli həyatın əsl təcəssümü idim. Kardaşyanlar və Peris Hiltonla birgə əylənir, Hollivud standartları ilə yaşayırdıq. Qətiyyən sadə biri deyildim", - deyə keçmiş iş adamı bildirib. O, dəyərli mülklərini sataraq Kaliforniyanın Menlo-Park bölgəsində yerləşən Müqəddəs Patrik seminariyasında məskunlaşdığını vurğulayıb. Hazırda Skott-Vinsent katolik kilsəsində keşiş olmaq üçün hazırlıq mərhələsindədir. "Çox kiçik və bomboş bir otaqda qalıram. Yaşayışım ancaq ən zəruri ehtiyaclarla məhdudlaşıb, amma indiyə qədər özümü heç vaxt belə xoşbəxt hiss etməmişdim", - deyə o, sözlərini tamamlayıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər