İdman
"Mançester Siti" "Kristal Pelas"ı darmadağın etdi, "Arsenal"la xal fərqini azaltdı - VİDEO
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 31-ci turundan təxirə salınmış oyunda "Mançester Siti" doğma meydanda "Kristal Pelas" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Oxu.Az xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad" stadionunda baş tutub. Matçda hesabı 32-ci dəqiqədə Antuan Semenyo açıb. 40-cı dəqiqədə Omar Marmuş meydan sahiblərinin üstünlüyünü artırıb. Yekun hesabı isə 84-cü dəqiqədə Savio müəyyənləşdirib.
36 turdan sonra "Mançester Sitİ" 77 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider "Arsenal"dan iki xal geri qalır. "Kristal Pelas" 44 xalla 15-ci pillədə yer alıb.
36 turdan sonra "Mançester Sitİ" 77 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider "Arsenal"dan iki xal geri qalır. "Kristal Pelas" 44 xalla 15-ci pillədə yer alıb.
Mənbə
oxu.az