Dünya
Bricit Makron "şillə xəbərləri"nə nöqtə qoydu
Fransanın birinci xanımı Bricit Makron 2025-ci ilin may ayında həyat yoldaşı, Prezident Emmanuel Makrona şillə vurması barədə yayılan iddiaları qəti şəkildə təkzib edib. Oxu.Az xəbər verir ki, bu barədə RTL radiostansiyasına birinci xanıma yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Bricit Makron hələ mart ayında kitabın müəllifi ilə söhbəti zamanı bu hekayəni rədd edib. Radiostansiyanın həmsöhbəti bildirib ki, birinci xanım həyat yoldaşının mobil telefonunu heç vaxt yoxlamadığını xüsusi vurğulayıb. Qeyd olunur ki, müəllif Bricit Makronun bu mövqeyini öz kitabında dərc etməyib. Qeyd edək ki, Makron cütlüyünün münasibətlərindən bəhs edən "Un couple (presque) parfait" ("Demək olar ki, ideal cütlük") kitabının müəllifi olan Tardif daha əvvəl bildirmişdi ki, insidentə səbəb birinci xanımın prezidentin telefonunda iranlı aktrisa Qolşiftə Fərahanidən gələn mesajı görməsi olub. Tardif sonradan məsələyə aydınlıq gətirərək deyib: "Mən aktrisanın adını sadəcə ona görə çəkdim ki, bir vaxtlar Parisdə bu cür şayiələr gəzirdi". Eyni zamanda, o bu versiyanı Yelisey sarayında da səsləndirdiyini, lakin bunun rəsmi mövqe olmadığını vurğulayıb.
Mənbə
oxu.az