İdman
PSJ Fransa çempionu oldu - VİDEO
Fransa "Liqa 1"in 2025/2026 mövsümünün 29-cu turundan təxirə salınmış oyunda "Paris Sen Jermen" səfərdə "Lans" üzərində 0:2 hesablı qələbə qazanaraq vaxtından əvvəl ölkə çempionu olub. Oxu.Az xəbər verir ki, qarşılaşma Lans şəhərindəki "Bollar-Delelis" stadionunda keçirilib. Oyunda hesabı 29-cu dəqiqədə Xviça Kvaratsxelia açıb. Qonaqların ikinci qolunu isə 90+3-cü dəqiqədə İbrahim Mbaye vurub.
Bu qələbədən sonra PSJ 76 xalla "Liqa 1"in turnir cədvəlinə başçılıq edir və sona bir tur qalmış çempionluğu təmin edib. "Lans" isə 67 xalla ikinci pillədə qərarlaşıb.
Bu qələbədən sonra PSJ 76 xalla "Liqa 1"in turnir cədvəlinə başçılıq edir və sona bir tur qalmış çempionluğu təmin edib. "Lans" isə 67 xalla ikinci pillədə qərarlaşıb.
Mənbə
oxu.az